Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirinə mahnı bəstələnib - VİDEO

Azərbaycanla Türkiyə arasındakı köklü əlaqələrə diqqət çəkmək istəyən musiqiçi Murad Gönüllü Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin müəllifi olduğu “Azərbaycan-Türkiyə” şeirini notlara çevirib.

APA-nın məlumatına görə, M. Gönüllü iki ölkənin eyni dini, dili, tarixi, mədəniyyəti və ümumi gələcək idealı olduğunu vurğulamaq istədiyini qeyd edib.

“Azərbaycan Qarabağda böyük bir uğur qazandı. Bu münasibətlə iki ölkənin nümunəvi həmrəyliyinə dəstək olmaq və Azərbaycanın Türkiyədəki təbliğatına töhfə vermək üçün Azərbaycan- Türkiyə  mahnısını bəstələdim və oxudum”, - deyə o vurğulayıb.

Musiqiçi tərəfindən ifa edilən mahnının aranjimançısı Fərid Mərddir. Murad Gönüllü və Stare Yıldırımın rejissorluğu ilə “kollaj texnikası” ilə hazırlanan klipin studiya və post istehsalı İstanbul Film Makers şirkətinin dəstəyi ilə hazırlanıb.

 

Tarix
30 Dekabr 2020 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-12-30 18:14:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin