“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

16:10 - 30 Dekabr 2020 - İDMAN

“Qarabağ” - “Səbail” qarşılaşmasının vaxtı dəyişdirilib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqası qərar qəbul edib.
Qərara əsasən, matç əvvəldən nəzərdə tutulduğu kimi 8 fevralda deyil, 28 yanvar tarixdə baş tutacaq.

Qeyd edək ki, Peşəkar Futbol LiqasıCOVID-19 səbəbindən 10 dekabr tarixdə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun təqviminə dəyişiklik etmişdi.

 

Xəbər xətti