"Mançester Yunayted" "Bavariya"nın futbolçusundan imtina etdi

18:04 - 28 Dekabr 2020 - İDMAN

İngiltərənin "Mançester Yunayted" klubu Almaniya "Bavariya"sında çıxış edən David Alabanın transferindən imtina edib.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 28 yaşlı cinah müdafiəçisinin yüksək maaş tələb etməsindən sonra bu addımı atıb.

Qeyd edək ki, David Alabanın "Bavariya" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. O, Münhen təmsilçisi ilə yollarını ayırmağa qərar verib.

Xəbər xətti