Levandovski ilin ən yaxşı futbolçusu seçilib -Video

22:54 - 27 Dekabr 2020 - İDMAN

Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) tərəfindən təsis edilən "Globe Soccer Awards" versiyası üzrə 2018-ci ilin ən yaxş futbolçusu seçilib.

“Report” xəbər verir ki, bu barədə mükafatın rəsmi saytı məlumat yayıb.

Mükafatlar daha bir neçə nominasiyada təqdim edilib.

Portuqaliyalı Kriştiano Ronaldo "Əsrin oyunçusu" nominasiyasında qalib gəlib, "Bavariya" nın məşqçisi Hans Diter Flik ilin ən yaxşı məşqçisi, Pep Qvardiola isə əsrin ən yaxşı məşqçisi seçilib.

Keçmiş "Real Madrid" və İspaniya millisinin qapıçısı Iker Casillas və müdafiəçi Jerard Pike ən yaxşı futbol karyeraları üçün mükafatlar alıblar. "Real Madrid" 21-ci əsrin ən yaxşı futbol klubu, "Bavariya" isə 2020-ci ilin komandası seçilib.

Ən yaxşı agent mükafatı yenidən Ronaldunun maraqlarını təmsil edən Jorj Mendeşə verilib.

Xəbər xətti