"Barselona" Ronald Kumanla yolları ayırır

11:14 - 26 Dekabr 2020 - İDMAN

İspaniyanın "Barselona" klubu baş məşqçisi Ronald Kumanla yolları erkən ayıra bilər.

Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, qərara Kataloniya təmsilçisinin qarşıdakı oyunlarda qazanacağı nəticələrin və kluba yeni prezident seçkilərinin nəticəsin də təsir edəcəyi bildirilir.

Niderlandlı mütəxəssisi Fransa PSJ-sindən ayrılan Tomas Tuxelin əvəzləyəcəyi iddia olunur.

Qeyd edək ki, İspaniya La Liqasında 14 oyundan sonra 24 xalı olan "Barselona" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti