Ana səhifə
20 Noyabr 2018

Sürücülərə şad xəbər - FOTO

Paytaxtın əsas prospektlərindən birində asfalt-beton örtüyünün üst qatının döşənməsinə başlanılıb.

 

 

Ucnoqta.az” xəbər verir ki, "Azəryolservis" ASC-dən verilən məlumata gpörə, Ziya Bünyadov prospektində artıq asfalt-beton örtüyünün sonuncu üst (aşınma) qatının döşənməsinə başlanılıb.

İşlərin sürətlə aparılması, yolun bütün eni boyu üst örtüyünün döşənməsi üçün eyni vaxtda işləyən 4 asfaltdöşəyən maşın və digər texnikalar cəlb olunub. Asfaltdöşəyən maşınların eyni vaxtda işləməsi imkan verəcək ki, yol boyu texnoloji tikişlər olmasın və asfalt-beton örtüyünün ömrü uzun olsun. Paralel olaraq səki daşlarının düzülməsi, işıq dirəklərinin quraşdırılması və Ziya Bünyadov prospektinin sonunda Böyük Şor qovşağına girmədən nəqliyyatın geri dönməsi üçün yeni hissə tikilir. Hava şəraiti imkan verərsə, 9,2 km məsafədə asfalt-beton örtüyünün üst qatının döşənməsi işlərinin çox qısa vaxtda yekunlaşması gözlənilir.

Tarix
15 Oktyabr 2014 [11:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin