Ana səhifə
19 Noyabr 2018

“Seriallar bir aktyor kimi məni qane etmir”

Ramiz Novruz: “Məttəl qalıram ki, bəzi serial çəkənlər şirkət sahiblərini, sponsorları necə inandıra bilir”

Naibə Allahverdiyeva: “Əsasən xarici filmləri, serialları izləyirəm”

Azərbaycanda seriallar çəkmək dəbə düşməyə başlayır. Artıq müxtəlif televiziya kanallarında yerli seriallar göstərilir. Amma onların izləyiciləri o qədər də çox deyil. Bəs, səbəb nədir? Suala cavab tapmaq üçün tanınmış aktyorlara müraciət etdik. 

Xalq artisti Ramiz Novruz bildirdi ki, “Pərvanələrin rəqsi” serialını çəkilib: “Hətta serialın gecə təkrarına da baxırdım. Bir neçə yerdə qeyd etmişəm ki, serialara çəkilmək istəmirəm, çəkilsəm də yalnız Rövşən İsaxın çəkdiyi seriallara çəkiləcəm. Onun işi məni qane edir. “Pərvanələrin rəqsi”ndən sonra “Sonuncu fəsil”də çəkildim. Hazırda müxtəlif seriallardan təklif gəlir, amma qəbul etmirəm. Açığını deyim ki, onlar məni təmin etmirlər. Mən hərdən məttəl qalıram ki, bəzi serialların rejissorları şirkət sahiblərini, sponsorları serialların çəkilişinə maddi dəstək üçün necə inandıra bilir. Mən və ya Fuad Poladov təcrübəsində aktyor gedib desə ki, mənə film çəkmək istəyirəm, deyərlər ki, get işinizlə məşğul ol. Amma peşəkar olmayanların sponsorları və ya iş adamlarını necə inandırdığı mənim üçün böyük sirr olaraq qalır”. 

R. Novruz seriallardan təklif gələrkən ilk əvvəl rejissora üstünlük verdiyini qeyd etdi: “Çox yaxşı ssenarini qeyri-peşəkar rejissor pis günə qoya bilər. Tam ssenarini oxuya bilmirsən, çünki hadisələrin gedişinə uyğun olaraq mövzu dəyişə biliə. İlk öncə serialın rejisorunua fikir verirəm- bu işin öhdəsindən gələ biləcəkmi. Bununla yanaşı düşünürəm ki, rolum nədən ibarətdir, bu rolu oynamalıyam, ya yox. Əsas odur ki, tutarlı material və onu ekranlaşdıra biləcək rejissor olsun. Eləcə də rejissor işinə inadırmağı bacarmalıdır. Rövşən İsaxla söhbət edən kimi bilirəm ki, bu insan peşəkardı, işini bilir və onun arxasınca getmək olar”.

Yaradıcılıq planlarından danışan xalq artisti dedi ki, Rövşən İsax ssenari yazır: “Rövşən İsax yeni seriala çəkilişinə hazırlaşır və əgər təklif etsə təbii ki, razı olacam. Hətta 10 seriyanın mətni yazılıb, davamı yəqin gələcək. Ssenarinin davamını əvvəlcədən bilmək olmur. Bəzən aktyor yarıda çəkilişdən çıxa, xəstələnə bilir, buna görə ssenaridə məcburi dəyişmələr olur. Amma inşallah bu dəfə yəqin elə hal baş verməz”.


Əməkdar artist Naibə Allahverdiyeva isə ancaq özünün iştirak etdiyi serialları izlədiyini qeyd etdi: “Qız atası” serialına çəkildim. Layihənin rəhbəri Elməddin Cəfərovdu. Rolum çox uğurlu alındı, xoşlarına gəldi, ola bilsin ki, gələcəkdə bir süjet yazdılar. Bununla yanaşı iki filmə dəvət almışam. Rejissor Şahin Zəkizadə “Yüz kağız” adlı film çəkir və orada çəkiləcəm. Filmdə Mələk nənə obrazını isə tanınmış bir xalq artistimiz oynamalıdır. Amma hələ danışıqlar gedir. Xalq artistimiz razı olsa, onunla tərəfmüqabili olacam. Rusiyadan da təklif aldığımı sizə bildirmişdim. Kastinq keçirildi, razılaşdılar və inşallah filmi Azərbaycanda çəkəcəklər. Bundan başqa, daha bir filmdən də təklif gəlib, orada qaynana obrazını canlandıracam. Hələ ki, razılığa gəlməmişik, görək maddi cəhətdən necə olacaq. “Boyunbağı” serialına da çəkilmişəm, özümü yaxşı hiss etmədiyimə görə onun müəyyən seriyasına çəkilə bilmədim, yəqin ki, davamı olacaq. Seriallarda çəkilmək üçün təklif edirlər, amma bəzilərini qəbul etmirəm. Açığını deyim ki, əziyyət çəkməyin mənası yoxdur, çünki bəzi seriallar heç bir səs-küyə səbəb olmur. Ona görə də serial çəkilişlərinə o qədər də həvəsli deyiləm”
Əməkdar artist dedi ki, daha çox xarici filmləri, serialları izləyir. Demək olar ki, hər gecə saat 4-də yatıram. Çünki mənim hobbim kinoya baxmaqdır. Seriallardan çox kinolara baxıram. Türk serillarına qısqanclıqla yanaşıram. Öz-özümə deyirəm: «Bizdə niyə belə seriallar çəkilmir. Bizim seriallar ürəyimcə deyil. Seriallarımızı izləmək istəyirəm, amma alınmır, çünki məni maraqlandıra bilmirlər. Düzdü, aktyorlarımız çox əziyyət çəkir, amma nəticə qənaətedici deyil. Düşünürəm ki, uğursuzluğun əsas səbəbi maddi problem və kimin gəldi seriala çəkilməsidir. Tək bir insanla peşəkar iş alınmır, kollektiv peşəkar olmalıdır. Aktyorlar çoxdur, amma onların hamısı istedadlı deyil. Seriallarda cəlb edici aktyorlar iştirak etməlidir. Məsələn, mən xarici serialda sevdiyim aktyor oynayırsa, onu sevə-sevə izləyirəm. Bu həm də filmlərə aiddir. Təbii ki, sonradan mövzu mənim xoşuma gəlməsə,kanalı dəyişə də bilirəm. Xarici ölkələrdə aktyorlar əvvəlcə ssenari ilə tanış olurlar, qonorarlarını yüksək səviyyədə tələb edirlər. Ona görə də filmləri pis alınmır. Onu da deyim ki, xoşuma gələn seriallardan biri də “Boyunbağı” serialıdır, orada rejissor işini, ssenarini hiss edirsən. Serialın rejissoru Elçin Cahangirli işinin professionalıdır. “Qız atası” serialı da yaxşıdır, insanda maraq doğurur”.

 

Rəqsanə

Tarix
3 Fevral 2015 [20:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin