Ana səhifə
18 Noyabr 2018

Marşrutda kart sisteminə Hafka mane olurmuş - Şok Təfərrüat

Paytaxtın ictimai nəqliyyatında kartla ödəniş sistemi “donub”.

 

 

Ucnoqta.az” xəbər verir ki, Axar.az-ın məlumatına görə, bir çox marşrut avtobuslarında kartla ödəniş cihazları quraşdırılsa da, onlar işlək vəziyyətdə deyil.

 

Müxbirimiz sürücülərin bir neçəsindən öyrənib ki, kart sisteminin tətbiqi planı baş tutmur. Buna səbəb isə sistemli şəkildə bu prosesin icra olunmamasıdır.

 

2013-cü il iyulun 1-dən bu sistemin tətbiqi gözlənilirdi. Amma Bakıda sərnişindaşıma xidməti ilə məşğul olan avtobuslarda gediş haqqı əvvəlki qaydada ödənilir. Nəqliyyat Nazirliyi bu kartların hazırlanması üçün hələ ötən ilin əvvəlində “Bank of Azerbaijan”a sifariş vermişdi. Razılaşmaya əsasən, paytaxtın müxtəlif yerlərində ödəniş kartlarının satış məntəqələri yaradılmalı idi.

Hətta kartların satış qiyməti də müəyyənləşmişdi - 3 manat. İlkin mərhələdə avtobuslarda kartla ödəniş sisteminə keçmək üçün ən azı 500.000-dək kartın dövriyyəyə buraxılması gözlənilirdi. Lakin bank bu öhdəliyi yerinə yetirə bilmədiyindən avtobuslarda kartla ödəniş sisteminin tətbiqi qeyri-müəyyən müddətə təxirə salınıb.

 

Əldə etdiyimiz məlumatda vurğulanır ki, sözügedən bank iş adamı, Hafka ləqəbli Hafiz Məmmədova aid idi. Uzun müddət davam edən çəkişmədən sonra bank rəsmən onun əlindən alındı. Xəbərdə bildirilir ki, Hafka və onun bankı ilə bağlı yaranmış problem ucbatından kart satışı da ləngiyirmiş.

 

Nəqliyyat nazirinin müavini Musa Pənahov da jurnalistlərə açıqlamasında ictimai nəqliyyatda kartla ödəniş sisteminə tam keçidin gələn ilin martından tətbiq olunacağını söyləyib. O, kartla ödənişin tətbiqinin yubanmasına səbəb kimi tərəfdaş şirkətlərlə yaranan problemləri göstərib. Dolayısı ilə Hafka ittiham olunub.

 

“Bank of Azerbaijan”dan isə Lent.az-a deyilib ki, bu qurum müqavilə öhdəliyinə uyğun olaraq ilkin mərhələ üçün sifariş verilmiş sayda nəqliyyat kartı hazırlayaraq dövriyyəyə buraxıb. Hətta həmin kartlar satış məqsədilə yaradılmış xüsusi məntəqələrə çatdırılıb. Hazırda “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrində, “Qasid” köşklərində və iri supermarketlərdə kifayət qədər nəqliyyat kartı olduğu deyilir. 

Tarix
15 Oktyabr 2014 [10:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin