Ana səhifə
25 Sentyabr 2018

Məktəblərdə namaz qadağası –Səbəb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda orta təhsil müəssisələrində ibadətlə məşğul olmağı qadağan edib.

 

 

Ucnoqta.az” xəbər verir ki, Axar.az–ın məluumatına görə, bəzi məktəblərdə müəllimlərin dərs saatı zamanı verilən azandan sonra namaz qılması haqda məlumatlar daxil olub. QMİ də bu xəbərlərdən sonra bəyanatla çıxış etməli olub.

 

Əldə etdiyimiz məlumata görə, bəzi şəhər və rayon təhsil ocaqlarında belə hallara rast gəlinib. Bu haqda Təhsil Nazirliyinə və QMİ-yə anonim məktublar göndərilib. Ondan sonra QMİ hərəkətə keçib. QMİ-dən bildirilib ki, Azərbaycan Respublikasında hər bir vətəndaşın, o cümlədən də hər bir müsəlmanın din və vicdan azadlığı var:

“Hər kəs öz dini ayinlərini azad formada yerinə yetirə bilər. Lakin dinimizin şəriət qaydalarına əsasən hər hansı şəxsin mülkündə onun icazəsi olmadan namaz qılmaq olmaz. Müəllimlər və ya müəllimələrin işlədikləri yer özəl müəssisədirsə, onun sahibinin icazəsi olmadan orada namaz qılına bilməz. Dövlət müəssisələrinə gəldikdə isə əgər namaz üçün ayrılmış hər hansı bir otaq yoxdursa, çıxıb hər hansı bir məsciddə namaz qılmaq tövsiyə olunur”.

Tarix
15 Oktyabr 2014 [10:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin