Ana səhifə
17 Noyabr 2018

Bakıda daha bir avtobus qəzası: sərnişinlər xəsarət aldı

Bakıda daha bir avtobus qəzası: sərnişinlər xəsarət aldı

Gecə Bakı-Sumqayıt yolunun 10-cu kilometrliyində, Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.

 

Ucnoqta.az xəbər verir ki, Əsədov Kamran Mahmud oğlunun paytaxtdan Sumqayıt istiqamətində 199 saylı xətt marşrutu üzrə idarə etdiyi "Daevoo" markalı avtobus Xırdalan dairəsi yaxınlığında başqa bir nəqliyyat vasitəsi ilə toqquşub.

Bundan sonra sürücü Kamran Əsədov idarəetməni itirib və sərinişin avtobusunu dəmir yolu körpüsünün beton dirəyinə çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, sərnişin avtobusunu onunla eyni istiqamətdə gedən "Opel" markalı minik maşını vurub. Bunu avtobusun sürücüsü də təsdiqləyib.

Yol qəzası baş verən zaman avtobusda sərnişinlər də olub və onun zərblə beton dirəyə çırpılması nəticəsində sərnişinlərdən bir neçəsi yüngül zədələnib.

Hadisənin təfərrüatlarını isə Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsinin istintaqçıları araşdırır.

Yol qəzasına səbəb olduğu ehtimal edilən digər avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.(Virtualaz.org)

 

Tarix
15 Oktyabr 2014 [10:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin