Ana səhifə
17 Noyabr 2018

Sosial ipoteka xərcləri 59 milyon artırılacaq

Azərbaycan hökuməti 2015-ci ildə sosial ipotekanın maliyyələşdirilməsinə çəkilən xərcləri 25 faiz - 59 milyon manatadək artırmağı planlaşdırır.

Ucnoqta.az” bildirir ki, Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dərc etdiyi gələn il üçün Azərbaycanın dövlət və icmal büdcələri layihələrinin təqdimatında bildirilib.

Bu məqsədlər üçün 2014-cü il dövlət büdcəsindən 40 milyon manat ayrılmışdı.

Gələn il üçün nəzərdə tutulmuş sosial ipotekanın maliyyələşdirilməsi nəzərə alınmaqla İpoteka Fondunda yığılan vəsaitlərin həcmi 266 milyon manata çatacaq.

İpoteka Fondu büdcə maliyyələşdirilməsi ilə yanaşı istiqrazlar yerləşdirir və onların satışından əldə olunan vəsaitlər adi ipoteka çərçivəsində kreditlərin verilməsinə yönəldilir.

Hazırda İpoteka Fondunun xətti ilə ümumi dəyəri 612,37 milyon manat olan 15 393 ipoteka krediti verilib.

 

Tarix
15 Oktyabr 2014 [10:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin