Qadın boksçu ərini döyüb öldürdü

10:45 - 8 Dekabr 2020 - MARAQLI

Braziliyalı boksçu Viviane Obenauf həbs olunub. O, həyat yoldaşını qətlə yetirməkdə ittiham edilir.

Bizimyol.info xəbər verir ki, “Daily Star” qəzeti qadın boksçunun İsveçrədə həbs olunduğunu yazıb. Obenaufun varlı əri yanvarda öldürülmüşdü. İstintaq qətli məhz Vivianenin həyata keçirdiyini müəyyənləşdirib. Polis 34 yaşlı idmançını dərhal həbs edib.

Asayiş keşikçiləri Obernaufun idman zalında axtarış aparıb. Burada qətlə aid əşyalar aşkarlanıb. Boksçunun ərini bir cisimlə vuraraq öldürdüyü bildirilir.

Boks Vivianenin məşğul olduğu üçüncü idman növüdür. İdmançı əvvəlcə futbolda ilk addımlarını atıb. Sonra olimpiadada gimnast kimi görünüb. Obernauf axırda boksu seçib. Ərinin qətlindən sonra İsveçrədə idman zalı açaraq həyatına rahatca davam edirmiş.

Xəbər xətti