Bu gün Azərbaycanda 41 nəfər “COVID-19”- dan vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 267 yeni yoluxma faktı qeydə alınıb, 2 566 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 138 000 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 83 800 nəfər müalicə olunaraq sağalıb, 1 551 nəfər vəfat edib, aktiv xəstə sayı 52 649 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 808, ötən müddət ərzində isə ümumilikdə 1 797 026 test aparılıb.

Tarix
4 Dekabr 2020 [15:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-12-04 15:58:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin