Koronavirusdan ölən prokurorun dəfn ediləcəyi rayon açıqlanıb

21:45 - 3 Dekabr 2020 - Cəmiyyət

Koronavirusdan vəfat edən Tərtər rayon prokuroru Şıxəli Alməmmədov sabah dəfn ediləcək.

"Report"  xəbər verir ki, Ş.Alməmmədov dekabrın 4-də Göygöl rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, əslən Zəngilan rayonundan olan Ş.Alməmmədov bu gün koronavirusdan vəfat edib.

21:05

Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib.

"Report"un  xəbər verir ki, bir neçə gün əvvəl onun səhhətində ciddi problem yaranıb. Ş.Alməmmədova COVID-19 diaqnozu qoyulub.

Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Xəbər xətti