Ana səhifə
21 Noyabr 2018

Rövnəq Abdullayevin oğlu kimdir?- FOTO

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

 

 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

 

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

 

Ucnoqta.az” xəbər verir ki, modern.az saytı “Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq.

 

Budəfəki təqdimatımız Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev barəsindədir.

 

O, Rövnəq Abdullayev ki, 1989-cu ildən ta indiyədək Azərbaycanın neft sahəsində müxtəlif vəzifələrdə çalışır. Bu il dekabrın 9-da Rövnəq Abdullayevin ARDNŞ prezidenti postunu tutmasının 9 ili (2005-ci ildən bəri) tamam olacaq.

 

R.Abdullayev 14 mart 2008-ci ildən AFFA-nın (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) da prezidentidir. Azərbaycan futbolu onun rəhbərliyi altında hələki heç bir uğura imza ata bilməyib. Baxmayaraq ki, futbola dövlətin külli miqdarda vəsaiti sərf olunur.

 

Rövnəq Abdullayev 2005-ci ildə üçüncü çağırış, 2010-cu ildə dördüncü çağırış Milli Məclisin deputatı seçilib. Ailəlidir, bir oğlu, bir qızı var.

 

Ümumiyyətlə Rövnəq Abdullayevin fəaliyyətinə birmənalı münasibət yoxdur.

 

Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev Türkiyədə yaşayıb, fəaliyyət göstərir. Kiçik Abdullayevin işini diaspor fəaliyyətinə yaxın saymaq olar.

 

Yeri gəlmişkən, Azərbaycanda bir sıra digər nüfuzlu məmurların da övladları diaspor işiylə məşğuldur. Məsələn, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov Avropada, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov isə Amerikada diaspor təşkilatı yaradıb və bu sahədə fəallq göstərməyə çalışırlar.

 

Rəşad Abdullayev isə fəaliyyət dairəsi olaraq Türkiyəni seçib. O, 2013-cü ilin mayında  baş qərargahı İstanbulda yerləşən AzeDer adlı təşkilat yaradıb. Azeder-in adından verilən açıqlamada bildirilir ki, qurum təhsil, mədəniyyət və həmrəylik adına Azərbaycan üçün çalışmağı qarşısına məqsəd qoymuş ünsiyyət və fəaliyyət məkanı olan azərbaycanlı gənclərin platformudur. Qeyd edilir ki, AzeDer azərbaycanlı gənclərin Azərbaycanın maraqlarına, gələcəyinə öz töfhəsini verə bilməsi və bununla yanaşı, gənclərin özünü inkşaf etdirə bilməsi üçün qurulmuş bir təşkilatdır.

 

Rəşad Abdullayev rəhbərlik etdiyi təşkilatın 1 illiyilə bağlı bir müddət öncə Türkiyədə düzənlədiyi tədbirdə bildirib ki, AzeDer-in missiyası azərbaycanlı gənclərin şəxsi karyera qazanmasına dəstək vermək, onların bilik, təcrübə və fikirlərini xarici ölkə gəncləri ilə paylaşmaq, gənclərin sosial həyatını inkişaf etdirmək üçün müxtəlif tədbirlər, layihələr həyata keçirirlər. O, 1 illik fəaliyyətlərinin nəticəsi olaraq, daha çox azərbaycanlı gənclərin şəxsi karyera inkişafına dəstək olduqlarını vurğulayıb.

 

Hazırda Türkiyədə təhsil alan azərbaycanlı gənclərin böyük əksəriyyəti AzeDer-in üzvləridir.

 

Rəşad Abdullayev deyir ki, Azərbaycanın tarixini və mədəniyyətini xalq diplomatiyası yolu ilə tanıtmaq, azərbaycanlı gənclərin şəxsi karyera inkşafına dəstək üçün fəaliyyətlər həyata keçirmək gənclərin karyera inkişafına dəstək olmaq, elmi, ictimai və mədəni həyatlarını zənginləşdirmək onların hədəfidir.

Tarix
15 Oktyabr 2014 [07:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin