"Barselona" hücumçusuna yeni müqavilə təklif etdi

17:30 - 3 Dekabr 2020 - İDMAN

İspaniyanın "Barselona" klubu futbolçusu Usman Dembeleyə yeni müqavilə təklif edib.


"Ucnoqta.az" ESPN nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi heyətlə bağlı problemləri nəzərə alaraq 23 yaşlı fransalı hücumçunu saxlamaq qərarına gəlib.

Qeyd edək ki, Usman Dembele 2017-ci ildə 105 milyon avro qarşılığında Almaniyanın "Borussiya" (Dortmund) klubundan keçib. O, bu mövsüm 7 oyun keçirib və 1 qol vurub. Dembelenin müqaviləsi 2022-ci ilin yayında başa çatır./report

Xəbər xətti