“Shacman” körpüdən çaya aşdı, sürücü öldü - Zəngilanda

12:55 - 3 Dekabr 2020 - HADİSƏ

Zəngilanda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, dekabrın 2-i saat 12 radələrində rayon ərazisində İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının üzərindən keçən körpüdən aşırıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Zəngilan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Namiq Musayev

 

Xəbər xətti