Füzulidə hər şey dağıdılıb - Rusiyanin "Dojd" telekanalı- VİDEO

Rusiyanın "Dojd" telekanalı "Burada və İndi" layihəsi çərçivəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycanın Füzuli şəhərinin hazırdakı görüntülərini yayıb.

Reportajda jurnalist Vladimir Romenskiy burada tutqun bir mənzərənin hökm sürdüyünü söyləyir: hər yerdə dağılan binalar, vurulmuş hərbi texnika, erməni hərbçiləri tərəfindən tərk edilmiş döyüş sursatları.

Reportajda 1890-cı ildə inşa edilmiş və hazırda dağıdılmış Hacı Ələkbər məscidinin görüntüləri yer alıb, məscidin yalnız divari qalıb.
Ardınca qəbiristanlığın görüntüləri gəlir. Müxbir bildirir ki, burada qəbirdaşları dağıdılıb.

Məşhur muğam ifaçısı Ağabala Abdullayevin büst şəklində qəbirdaşı yerdədir. Vandallar büstü dağıdıblar, məzardan uzaq aparıblar: "Onlar ölülərlə döyüşürdü".///trend

Tarix
1 Dekabr 2020 [09:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-12-01 09:22:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin