Ana səhifə
22 Sentyabr 2018

“9 milyon Foqtsu istefaya səsləsə də o, getməyəcək”- Böyükağa Hacıyev

“9 milyon insan Foqtsu istefaya səsləsə də o, getməyəcək”.

 

 

Ucnoqta.az”  xəbər verir ki, bunu azvision.az-a “Neftçi” klubunun keçmiş baş məşqçisi Böyükağa Hacıyev deyib.

 

Azərbaycan-Xorvatiya oyununu şərh edən futbol mütəxəssisi 6:0-lıq məğlubiyyətdə günahın futbolçularımızda deyil, Berti Foqtsda olduğunu deyib:

 

“Xorvatiyanın təzyiqlərinin qarşısında bizim müdafiəçilər çox yaxşı oynadı. Gəlin, Allaha şükürlər edək ki, altı qol buraxdıq. Rəqibin təzyiqlərinin qarşısında heç bir müdafiə xətti dura bilməzdi. Bundan başqa hansı futboldan söhbət edək. Dünənki, bəyəm futboldur? O şou idi, şou. Orada futboldan əsər əlamət yox idi. Adətən futbolda iki komanda hücum edir. Biz dünən bir komandanın hücumlarının şahidi olduq. Gəlin özümüzü yormayaq, Azərbaycan millisi 10-0 uduzsa da, heç nə dəyişməyəcək. Foqts müəllimin ürəyi istədiyi qaydada da davam edəcək”.

 

B.Hacıyev hesab edir ki, 9 milyon insan Foqtsu istefaya səsləsə də o getməyəcək.

 

“Mən onun yerinə olsaydım elə bu məğlubiyyətdən sonra üzürxahlıq edib, çıxıb gedə bilərdim. Ancaq o getməyəcək. Bizim futbolumuzun səviyyəsi siz fikrləşdiyiniz qədər də aşağı deyil. Əvvəllər Avropa Liqasının pley-off mərhələsini keçə bilmirdik. İki il bundan əvvəl “Neftçi”, bu il “Qarabağ” ora düşdü. Bu gün milli komandamız isə bir başqa mövzudur. Berti Foqts Azərbaycanda oturmalıdır. Komandanın başının üstündə durmalıdır. Oyunçuları daim nəzarətdə saxlamlıdır. Futbolda iki variant var, ya işləməlisən, ya da işləməməlisən. Başını girləyə bilmərsən. Belə futbol olmur. 7 ildir ki, Foqts müəllim Azərbaycan futbolundadır. Gəlin, tərəziyə qoyaq. O bizə nə verdi və əvəzində nə aldı.

 

Bir komanda da 7 il ərzində komandanın öz oyun dəsti-xətti yoxdursa, kənar yarımmüdafiəçisi dayaq yarımmüdafiəçinin yerində oynayır, mərkəz müdafiəçisi kənar yarımüdafiəçinin yerində oynayır, hansı taktikdan, oyun dəsti- xəttindən danışmaq olar. Əgər komanda qapalı müdafiədə oynayırsa nədən söhbət edə bilərik”-deyə B.Hacıyev vurğulayıb.

 

Tarix
14 Oktyabr 2014 [20:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin