Ana səhifə
21 May 2018

“28 Cinema”da “Kırımlı” filminin premyerası keçiriləcək

Azərbaycanın premium kinoteatrı “28 Cinema” fevral ayının 13-də möhtəşəm Qala gecə keçirəcək. Gecənin əsas səbəbi mövsümün gözlənilən türk filmi olan “Kırımlı”nın premyerası olacaq. Tədbirin xüsusi qonağı isə filmin baş qəhrəmanı məhşur türk aktyoru Murat Yıldırımdır.

 

Tədbirdə türk qonaq ilə yanaşı Azərbaycanın mədəniyyət və incəsət xadimləri, çoxlu sayda media nümayəndələri  iştirak edəcək. Türk kinematoqrafiyasının və ən əsasda Murat Yıldırım yaradıcılığının həvəskarları isə məhşur Türkiyəli aktyor ilə fotosessiyada iştrak etmək fürsəti qazanacaqlar.

Türk aktyorunun bildirdiyinə görə o, Bakıya səfər etməkdən və “28 Cinema”da filmin premyerasında iştirak etməkdən böyük məmnunluq hissi keçirir və Azərbaycandakı kino həvəskarları ilə görüşməyi səbirsizliklə gözləyir.

Film Cezgiz Dağcının romanı əsasında çəkilib. Film II Dünya Müharibəsi zamanı alman əsir düşərgələrində girov götürülən Tatarlı əsirlərin yaşadığı insanlıq dramından və çəkdikləri acılardan bəhs. Film baş qəhrəmanı leytenant Sadıq Turan əsir götürüldükdən sonra alman dilini bildiyi üçün Almaniyaya göndərilir. Yolda isə o, sərnişinlər arasında ilk sevgili Mariyaya rast gəlir....

Filmin rejissoru Burak Cem Arlıel, rolları isə məşhur türk aktyorları Murat Yıldırım, Selma Ergeç, Baki Davrak və digərləri oynayıb.

 “28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.

Tarix
2 Fevral 2015 [16:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin