Noyabrın 29-u axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərinə qar yağır.
APA-nın məlumatına görə, qarın hündürlüyü Qubanın Xınalıq kəndində 16, Qırızda 12, Xaltanda isə 8 santimetr olub. Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 9 santimetrə yaxın qar yağıb. Dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.
Tarix
30 Noyabr 2020 [10:35]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin