Oğuzda yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanılıb

Oğuzda COVİD-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv olan Tariyel Əliyevə ev şəraitində müalicə təyin edilib, karantin rejiminin qaydaları ona izah olunub. Lakin o, qaydalara əməl etməyərək yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb. Polis əməkdaşları onun olduğu yeri müəyyən edib və həkim briqadasının da iştirakı ilə yaşadığı ünvana geri qaytarılıb. T.Əliyev barəsində Oğuz Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.
Tarix
30 Noyabr 2020 [10:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-30 10:05:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin