Biləsuvarda şəhid kapitan dəfn edilib- Foto

17:42 - 28 Noyabr 2020 - Xəbər

Biləsuvar rayonunda şəhid kapitan Elçin Tağıyev dəfn edilib.

Şəhidlə əvvəlcə Biləsuvar rayonunun Zəhmətabad kəndindəki ata evində vida mərasimi baş tutub. Vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Mərasimdən sonra şəhid Zəhmətabad kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, şəhid kapitan Elçin Tağıyev 1989-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub.

Allah rəhmət eləsin!


Xəbər xətti