Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay

11:10 - 28 Noyabr 2020 - Xəbər

Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrini icra etməyə başlayacaqlar.

Bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay parlament qarşısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstəyini davam etdirir:

"44 gün ərzində işğalçı Ermənistanın Qarabağdan qovulması Türkiyə-Azərbaycan dostluğunu meydanda da bütün dünyaya göstərdi. 30 ildir Ermənistanın Qarabağdakı zülmünə, son hücumlar zamanı mülki əhalini və şəhərləri bombalamasına laqeyd qalmadıq, bu ədalətsizliklərə bəzi ölkələr kor və kar qaldığı halda biz bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduq. Bu yaxınlarda qəbul parlamentdə qəbul edilmiş qanun layihəsinə əsasən qəhrəman əsgərlərimiz tezliklə azərbaycanlı qardaşlarımızın hüquq və maraqlarını qorumaq üçün Azərbaycanda vəzifələrinin icrasına başlayacaq".

Xəbər xətti