Ana səhifə
21 Sentyabr 2018

Bakıda 5 ölkənin iştirakı ilə təlimlər başladı

Təlimlər “Konteyner daşınmalarına nəzarət” layihəsi çərçivəsində keçirilir

 

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Konteyner daşınmalarına nəzarət” layihəsi çərçivəsində təlim başlayıb.

 

Ucnoqta.az” xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə ÜGT-nin birgə həyata keçirdiyi bu layihə üzrə təşkil olunan təlimdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Tacikistan gömrük orqanlarının əməkdaşları iştirak edirlər.

 

Təlimin işə başlaması münasibətilə keçirilən açılış mərasimində BMT-nin Orta Asiya ofisinin nümayəndəsi Batır Geldiyev “Konteyner daşınmalarına nəzarət” layihəsi haqqında məlumat verib.

 

DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı hazırda dünyada daşınmaların 90%-nin konteynerlər vasitəsilə aparıldığını və bunun da yalnız 2%-nin gömrük nəzarətindən keçdiyini qeyd edib.

 

Baş İdarənin rəisi ölkəmizin həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmiryolu, eləcə də Xəzərdə ən böyük liman - Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi irimiqyaslı layihələrin hesabına yaxın gələcəkdə regionda yük daşımalarının həcminin artırılmasının gözlənildiyini vurğulayaraq, bunun da öz növbəsində, gömrük sahəsində hüquqpozmaların, o cümlədən, narkotik qaçaqmalçılığı hallarının artması təhlükəsini yaradacağına diqqət çəkib. G.Muradlı bu baxımdan, sözügedən sahədə risklərin azaldılması işində “Konteyner daşınmalarına nəzarət” layihəsinin böyük əhəmiyyət daşıdığını bildirib.

 

Daha sonra ÜGT-nin nümayəndələri Peter Timmermans, Sezar Sohiaffino və DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov layihənin məqsd və əhəmiyyəti barədə məlumat xarakterli çıxış ediblər.

Tarix
14 Oktyabr 2014 [21:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin