Hava şəraiti dəyişəcək - Xəbərdarlıq

15:22 - 26 Noyabr 2020 - Xəbər

Noyabrın 27-də gecə və səhər Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycanın bəzi şərq rayonlarında noyabrın 27-si gecə və səhər arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək

Xəbər xətti