Qusarda anasını öldürən oğulun istintaqı yekunlaşıb

10:51 - 26 Noyabr 2020 - Xəbər

Qusarda anasını öldürən Nail Əhmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Cinayət işinin istintaqı baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim İradə Həsənzadə sədrlik edəcək.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Qusarın Xurel kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Raifə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.

Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.///lent.az

Xəbər xətti