Yaşadığı evi tərk edən COVID-19 xəstəsi müəyyən edilib - Beyləqanda

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 testi müsbət çıxmış rayon sakini M.Abışov ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Xüsusi karantin rejimin tələblərini pozaraq qanunazidd davranan həmin şəxs rayonun Dünyamalılar kəndi ərazisində aşkar edilərək yaşadığı ünvana geri qaytarılıb. Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Namiq Musayev

Tarix
26 Noyabr 2020 [10:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-26 10:39:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin