Füzulidə iki avtomobil toqquşub- Ölən var

14:37 - 25 Noyabr 2020 - HADİSƏ

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 24-də saat 21 radələrində rayonun Əhmədbəyli kəndi ərazisində kənd sakini S.Əsgərovun idarə etdiyi “QAZel” və Horadiz şəhər sakini Elmir Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti