Prezident İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib, davamlı atəşkəs rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq strukturlarının rəhbərliyi arasında sıx əlaqələrin yaradılmasından məmnunluq bildirilib.

Dövlət başçıları, həmçinin azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi məsələlərini müzakirə ediblər. Söhbətin gedişində 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinə müvafiq olaraq nəqliyyat infrastrukturunun inşası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilib. Regionda uzunmüddətli sülhün təmin ediləcəyinə əminlik bildirilib.

Tarix
24 Noyabr 2020 [21:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-24 21:30:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin