Ana səhifə
16 Noyabr 2018

Şuranın iclasında 2014-cü ilin 3-cü rübünə yekun vurulub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun 2014-cü ilin 3-cü rübündəki fəaliyyət hesabatı, xarici QHT-lər üçün növbəti qrant müsabiqəsi və daxil olan layihələrlə bağlı fikirlərini bildirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2014-cü ilin 3-cü rübü ərzində qurumun məhsuldar çalışdığını qeyd edərək həyata keçirilən işlər haqqında ətraflı məlumat verib. Şuranın informasiya saytı olan qhtxeber.az-ın ötən rüb ərzində fəal şəkildə QHT-lərin fəaliyyətini işıqlandırdığını deyən F.Qurbanov eyni zamanda “Vətəndaş cəmiyyəti” jurnalında da 150-dən artıq təşkilatın layihəsi haqqında məlumatın yayımlandığını qeyd edib. Şura keçən dövr ərzində QHT-lərə göstərdiyi konsultativ xidməti də davam etdirərək, xüsusi ilə elektron imza ilə bağlı təşkilatlara yardım edib. Şuranın təşkilatçılığı ilə regionlarda QHT-lərə “səmərəli idarəetmə” mövzusunda təlimlər keçirilməyə başlanılıb. Ötən rüb ərzində Şuranın “hüquq və monitorinq” koomissiyasının iclası keçirilib və QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklər geniş müzakirə olunub. Eyni zamanda İsmayıllı, Saatlı, Lənkəran, Göyçay, Bərdə, Samux və digər rayonlarda Şura üzvləri və Katibliyin əməkdaşlarının iştirakı ilə “QHT-lərin müsbət təcrübəsinin yayılması” mövzusunda geniş tərkibli məlumatlandırma sessiyaları keçirilib.

2014-cü ilin 3-cü rübü ərzində Şuranın beynəlxalq əlaqələrinin inkişafı haqqında da danışan icraçı direktor təmsil etdiyi qurumun nümayəndələrinin Polşa, Gürcüstan, Bolqarıstan, Belçika, Fransa, Türkiyə və digər ölkələrdə ölkəmizin milli mənafelərinin müdafiəsi ilə bağlı keçirilən mühüm tədbirlərdə iştirak etdiyini bildirib. 2014-cü ilin sentyabr ayında Şura ilə Almaniya, İtaliya, Belçika və İsveçrənin bir sıra nüfuzlu QHT-ləri arasında qrant müqaviləsi imzalanıb. Fərasət Qurbanov Şuranın xarici QHT-lər üçün II qrant müsabiqəsinin nəticələrinə görə 18 təşkilatın layihəsinin bəyənildiyini qeyd edib və onların hər biri haqqında iclas iştirakçılarına məlumat verib.

Şuraya yerli QHT-lərdən yeni daxil olan layihələr barədə də danışan F.Qurbanov 10-dan artıq müraciətin daxil olduğunu, onlardan 6-sının mövcud qaydalara və tələblərə cavab verdiyini bildirib.

Azay Quliyev Şuranın xarici QHT-lər üçün yeni qrant müsabiqəsi ilə bağlı məlumat verərək ötən dəfəkilərədən fərqli olaraq bu dəfə QHT-lər üçün zaman məhdudiyyətinin qoyulmadığını, onların il boyu layilələrlə müraciət edə biləcəyini deyib. Şura sədri müsabiqənin coğrafiyasının da genişləndirilərək Avropa İttifaqı, MDB və Şimali Amerika ölkələrini əhatə etdiyini vurğulayıb.

Şura üzvləri Sahib Məmmədov, Əliməmməd Nuriyev və İlqar Məmmədov

gündəlikdə duran məsələlər ətrafında çıxış edərək fikirlərini bildiriblər. İclasın sonunda Şura üzvləri müzakirəyə çıxarılan məsələlərin qəbul olunması ilə bağlı qərar veriblər.

 

 

Mətbuat xidməti

Tarix
14 Oktyabr 2014 [19:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin