Ana səhifə
21 Avqust 2018

Ziya Məmmədovun qardaşı: "Bunlar bizə qarşı qarayaxmadır"

Ucnoqta.az xəbər verir ki, Milli Məclisin deputatı, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov müsahibəsində bir sıra ciddi məqamlara toxunub. 

O, dövlət başçısının ölkədəki məmur özbaşınalıqları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib, qardaşı Z. Məmmədov barəsində mətbuatda çıxan yazılardan da söhbət açıb.

-Ölkə prezident bir neçə gün öncə çıxışında bildirdi ki, dövlət məmurları xalqın qulluqçılarıdır, onlar insanlarla ünsiyyətdə kobudluğa yol verməməlidirlər. Nöqsanlara yol verən məmurların cəzalandırılması prossesi davam edəcək. Siz dövlət məmurlarının, nazirlərin fəaliyyətindən razısınızmı?

-Bütün insanların bir-birləri ilə nə qədər mehriban və ünsiyyətləri gözəl olsa, nə qədər vətəninə, xalqına xidmət etsələr o qədər cəmiyyətimiz gözəl olar. Ölkə rəhbərinin məhz siyasəti bundan ibarətdir ki, təyin etdiyi insanların ətrafında formalaşan kiçik və böyük dövlət məmurları xalqına xidmət etsinlər. Ölkə rəhbəri bunu tövsiyyə edir. Mənim ən böyük arzumdur ki, cəmiyyətimiz gözəl olsun. Hər kəs prezidentin siyasətinə sadiq olub, xalqına, dövlətinə xidmət etməlidir”.

-Qardaşınız, nəqliyyat naziri Ziya Məmmədovun barəsində mətbuatda çoxsaylı xoşagəlməz yazılar dərc olunur. Sizcə bu qədər narazılıqların səbəbi nədir?

-Ziya Məmmədov kifayət qədər dövlət rəhbərinə, xalqına, təyin olunduğu vəzifəsinə sədaqətlə xidmət edən nazirdir. Dövlət rəhbərinin ətrafında sıx birləşən, sədaqətli insanlara ləkə yaxanlara qarşı biz sizlərlə bir yerdə ictimai mübarizə aparmalıyıq. Ziya müəllim haqda yazılara gəlincə, bunlar bizə qarşı qarayaxmadır. Bizi ləkələməyə çalışsalar da xalqın gözü tərəzidir, hamı Ziya müəllimin necə insan olduğunu yaxşı bilir.

Cəmiyyətin sağlamlaşması istiqamətində çalışan şəxslərə müyyən qarayaxma kampansiyası təkil edən insanlara rədd cavabı verməliyik ki, onlara ar olsun. Əgər o şəxsin qanı qanımızdan, canı canımızdandırsa və həqiqətən azərbaycanlıdırsa , ölkəmizin bu gününə, sabahına və gələcəyinə çox nikbin baxıb buna sevinməlidir. Onlar ölkə rəhbərinin siyasətini dəstəkləməlidirlər. Çünki bu cəmiyyətdə vətəndaş olaraq hər birimizin payı və müəyyən şeylərdə haqqımız var. Heç vaxt müəyyən niyyətli insanlar kiminsə ağzı ilə, kiminsə komandasında nə olmağı ilə bu dövlətdə heç vaxt, heç nə yarada bilməzlər. Dövlətimiz qüdrətlidir.Onun da rəhbəri var. Onu da seçən xalq var”. 

-Vətəndaşlarımızın da xoşbəxt olması üçün nə edilməlidir?

- Dövlətimizi, vətəndaşlarımızı, balalarımızı xoşbəxt görmək istəyiriksə? biz mütləq şəkildə insanlarla əlbir olmalıyıq. İnsanları daimi sövq etməliyik ki, dövlət quruculuğunda, onun keşiyində ayıq-sayıq dursunlar. Bu tək ölkə rəhbərinin müqəddəs vəzifəsi deyil. Ölkə rəhbəri bütün bunları yoluna qoyaraq xalqı arxasınca aparır. Bu gün bütün bu uğurlarımız məhz İlham Əliyev və xalq məktəbinindir. Allah bu məktəbi bizə çox görməsin. 

AzVision.az

Tarix
2 Fevral 2015 [13:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin