Salyan Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyin olunub

11:55 - 24 Noyabr 2020 - Xəbər

Ramin Qasımov Salyan Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyin olunub.

Bu barədə TƏBİB məlumat yayıb.
R.Qasımov indiyədək M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində həkim-cərrah işləyib. O, tibb üzrə fəlsəfə doktorudur.

Qeyd edək ki, Ramin Qasımovdan əvvəl bu vəzifədə Hüseynağa Hüseynov çalışıb.///qafqazinfo

Xəbər xətti