Xüsusi karantin rejiminə əməl etməyənlər inzibati məsuliyyətə cəlb edilib - FOTO

10:24 - 24 Noyabr 2020 - Xəbər

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Göygöl rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyyə edirlər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, lakin əfsuslar olsun ki, görünən bu tədbirlərə baxmayaraq xüsusi karantin rejimin tələblərinə biganə yanaşan sakinlərə də rast gəlinir. Polis əməkdaşların apardıqları araşdırmalarla xüsusi karantin rejiminin tələblərini pozan vətəndaşlar barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. Bundan başqa rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan, lakin xüsui karantin rejiminin tələblərinə cavab verməyən avtomobillərin sahibləri də inzibati məsuliyyətə cəlb olunublar.

Namiq Musayev


Xəbər xətti