Şirvan sakini tüstüdən boğularaq ölüb

09:17 - 24 Noyabr 2020 - HADİSƏ

Şiravan şəhəri Məhəmməd Əsədov küçəsi ev 30 a ünvanında ölüm hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, həmin ünvanda yaşayan 1951-ci il təvəllüdlü Əhmədov Balaqardaş Məlik oğlu yatdığı vəziyyətdə üzərindəki örtük elektrik qızdırıçısının üstünə düşüb. Örtüyün tüstüləməsi nəticəsində B.Əhmədov boğularaq ölüb.

Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti