Bakı-Quba yolunda ağır yol qəzası baş verib- ölən və yaralı var- Foto

22:43 - 23 Noyabr 2020 - HADİSƏ

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun 24-cü km-də qeydə alınıb.
Belə ki, 50-DS-879 dövlət nişanlı “VAZ 2114” markalı avtomobil 99-UC-081 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 2114” markalı avtomobildə olan sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti