Düşmənə dərs keçən növbəti şəhid müəllim

17:35 - 23 Noyabr 2020 - Cəmiyyət

Daha bir müəllim ərazilərimizin bütövlüyü uğrunda şəhid olub.

Təhsil Nazirliyindən bildirilib ki, Daşkəsən rayonunun Gurbulaq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Vidadi İsrafilov Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Xəbər xətti