Qubanın icra başçısına yeni birinci müavin təyin olunub

17:18 - 23 Noyabr 2020 - Xəbər

Quba Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.


Tariyel Daim oğlu İbrahimov rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.

O, bu təyinata qədər Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının "Ərazi İdarəetmə və Yerli özünüidarəetmə Orqanları ilə İş" şöbəsinin müdiri işləyib. Bu ilin oktyabrın 22-dən rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edirdi.

Xəbər xətti