Fəzail Ağamalı yenidən partiya sədri seçilib

17:02 - 23 Noyabr 2020 - Xəbər

Ana Vətən Partiyasının videokonfrans formatında VII qurultayı keçirilib.


Partiyadan verilən məlumata görə, qurultayda Fəzail Ağamalı növbəti dəfə Ana Vətən Partiyasının sədri seçilib.

Bundan əlavə, Elçin Ağamalı partiya sədrinin Təşkilati məsələlər üzrə müavini, Arzuman Abdulkərimov Siyasi məsələlər üzrə müavini, Yalçın Hacızadə Hüquq məsələləri üzrə müavini, Rəşadət Yaqublu Ali Məclisin sədri, Günay Ağamalı Qadınlar Şurası İdarə Heyyətinin sədri, Səbinə Kərimova Qadənlar Şurası İdarə Heyyətinin sədr müavini seçilib.

Qurultayda Ana Vətən Partiyasının bəyanatı səsləndirilib və səsə qoyularaq qəbul olunub.

Xəbər xətti