Türkiyədə 6 017 yeni yoluxma halı qeydə alınıb

23:25 - 22 Noyabr 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 139 nəfər dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 12 358 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 017 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 446 822 nəfərə çatıb.

Xəbər xətti