Ana səhifə
22 Noyabr 2018

Bakı Uşaq Teatrı məktəbliləri mükafatlandırıb - FOTOLAR

Bakı Uşaq Teatrı keçən həftə məktəblərdə 3-5-ci sinif şagirdləri arasında aksiya keçirib.

 

 

Aksiyada şagirdlərə verilən sualları düzgün cavablandıran uşaqlar teatrın 31 yanvar və 01 fevral tarixlərində nümayiş olunan “Turp” tamaşasına dəvətnamə ilə mükafatlandırıl;b. Bu aksiyanın məqsədi şagirdlərin biliklərə yiyələnməsində məktəb kollektivinə köməklik göstərmək, eləcə də yaxşı oxuyan şagirdlərin əməklərinin qiymətləndirilməsi, biliyin həmişə qalib gələcəyi fikrini şagirdlərə əyani olaraq göstərilməsi olub.  Teatr rəhbərliyi gələcəkdə də belə aksiyaların keçirilməsini planlaşdırır. Aksiyanın qaliblərinə nümayiş olunan Turp nağılı əsasında İntiqam Soltanın quruluş verdiyi “Turp” tamaşası vaxtilə teatrın repertuarında olsa da, bu dəfə gənc aktyorlarla yenidən səhnələşdirilib.

“Turp” nağılının motivləri əsasında hazırlanmış, həm böyüklər, həm də azyaşlılar üçün nəzərdə tutulmuş eksperimental tamaşada tamaşaçılar yaxından iştirak edir və rol bölgüsünü  müəyyənləşdirirlər.

 

Qeyd edək ki, tamaşanın müddəti 45-50 dəqiqədi, istənilən məkanda nümayiş etdirmək mümkündür.

Tarix
2 Fevral 2015 [12:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin