Ana səhifə
18 Sentyabr 2018

Nazir aktrisanı mükafatlandırdı

Teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətini nəzərə alaraq, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət Musiqili Teatrının xalq artisti Fatma Mahmudovanı 60 yaşı tamam olması münasibətilə təbrik edərək mükafatlandırıb.

 

Qeyd edək ki, 1968-ci ildə Ağdam Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayan Fatma Yaqub qızı Mahmudova burada çalışdığı müddət ərzində bir çox özünəməxsus obrazlar yaradıb. Sona xanım (“Dağılan tifaq”, Ə.Haqverdiyev), Məryəm (“Fərhad və Şirin”, S.Vurğun), Sara (“Solğun çiçəklər”, C.Cabbarlı), Həcər (“Qaçaq Nəbi”, S.Rüstəm), Təhminə (“Təhminə və Zaur”, Anar) və bu kimi rollarda çıxış edib. Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan Fatma Mahmudova 1994-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Aktrisa bu teatrda Bağdagül (“On min dollarlıq keyf”, E.Sabitoğlu, C.Məmmədov), Xurma (“Hərənin öz ulduzu”, S.Ələsgərov, İ.Məlikzadə), Gülbikə (“Bankir adaxlı”, E.Sabitoğlu, T.Vəliyeva) Adilə Dudu (“Birgünlük siğə”, S.Fərəcov, R.N.Güntəkin ), Atbalaxanım (“Adamın adamı”, Anar, V.Adıgözəlov), Əsmər (“Məsmə xala dayımdır”, R.Mustafayev, C.Məmmədov), Məryəm (“Şeytanın yubileyi”, A.Babayev, O.Rəcəbov) və sair bu kimi rolları oynayıb. Qeyd edək ki, F. Mahmudova 1989-cu ildə “Əməkdar artist”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır.

Tarix
2 Fevral 2015 [11:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin