Türkiyədə daha 141 nəfər koronavirusdan öldü

22:22 - 20 Noyabr 2020 - DÜNYA

Türkiyədə son sutka ərzində koronavirusa 5 103 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. O bildirib ki, son 24 saatda koronavirusa yoluxmuş 141 nəfər ölüb.

Ümumilikdə Türkiyədə 435 min 273 nəfər koronavirusa yoluxub, 12 min 084 nəfər dünyasını dəyişib.

Xəbər xətti