Əsir düşən hərbçilərimizlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib

18:03 - 20 Noyabr 2020 - Xəbər

Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

O, bu barədə özünün “Twitter” hesabında yazıb.

“Bu gün əsir düşmüş Azərbaycan əsgərləri Amin Musaev və Bayram Kərimov ermənilər tərəfindən qeyri-insani rəftara məruz qalıblar. Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ünvanladım”, - deyə o qeyd edib.

Xəbər xətti