AFFA işğaldan azad olunmuş torpaqlarımızda meydançalar salacaq

17:56 - 20 Noyabr 2020 - İDMAN

AFFA Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında süni örtüklü meydançaların inşası ilə bağlı plan hazırlayır.

Həmin meydançalar yaşayış məntəqlərində məskunlaşma prosesinə uyğun tikilərək sakinlərin ixtiyarına veriləcək.

İlk belə meydança 2018-ci ildə Cəbrayılın Cocuq Mərcanlı kəndində AFFA və UEFA-nın Uşaq Fondu UEFA Foundation for Children tərəfindən inşa edilib.

Xəbər xətti