BBC: Ermənilər Laçını kütləvi şəkildə tərk edir - Foto

11:22 - 18 Noyabr 2020 - Xəbər

Laçın - Ermənistanla Dağlıq Qarabağ arasındakı əsas yolun keçdiyi Azərbaycan şəhəridir.

İkinci Qarabağ müharibəsinin sona çatmasına dair razılaşma şərtlərinə görə, Laçın rayonu dekabrın 1-dən Azərbaycanın nəzarətinə keçəcək, yalnız 5 km enində koridor Rusiya sülhməramlıları nəzarəti altında qalır.

Artıq erməni sakinlər şəhəri tərk edirlər.
Bu barədə BBC-nin Laçından hazırladığı reportajda bildirilir.

“Müharibə zamanı on minlərlə insan şəhəri tərk edib”, - deyə məqalədə əlavə edilib.
Məqalədə hətta şəhər “meri” Narek Aleksanyanın atasının qaçdığı da bildirilir. Kadrlarda onun əşyalarının maşına yığılması əks olunub.///oxu.az


Xəbər xətti