Ana səhifə
17 Noyabr 2018

Türkiyəyə “NATO-dan çıxarılma” hədəsi

Fikrət Sadıqov: NATO üçün Türkiyənin əhəmiyyəti kifayət qədər yüksəkdir”

 

 

Danimarkalı siyasətçilər Türkiyə ilə münasibətlərin dondurulmasını tələb edirlər.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, bu barədə Danimarka xarici işlər naziri Martin Lidegaard açıqlama verib. O, buna səbəb kimi islam əleyhidarı Lars Hedegarı öldürməyə cəhd edən şübhəlinin Türkiyədə sərbəst buraxılmasını göstərib. Lidegaard bununla bağlı Türkiyəyə nota verildiyini də təsdiqləyib. Orda qeyd olunur ki, NATO-da müttəfiq olduqları bir ölkə necə belə bir şey edər. Belə bəyan edilib ki, Türkiyə NATO-dan atılmalı və Aİ-yə daxil olma şansı ortadan qaldırılmalıdır. Qeyd edək ki, parlamentdə təmsil olunan siyasi partiyalar Türkiyə ilə münasibətlərin dondurulmasını tələb edərkən, Hedegaard bu açıqlamaları ilə diqqət çəkib. O bildirib ki, şübhəlinin Danimarkaya ekstradisiya edilərək mühakimə olunmasını gözlədiyi halda, sərbəst buraxılması onu çox təəccübləndirib. O, “bəlkə şübhəli Suriya və İraqa keçib və orada qadın və uşaqların başlarını kəsir”-deyə bildirib. Ekspertlər Türkiyəyə qarşı bu cür çıxışların arxasında onun İŞİD-lə mübarizədə fərqli mövqe sərgiləməsini qeyd edirlər.

Politoloq  Firkət Sadıqov bildirdi ki, NATO üçün Türkiyənin əhəmiyyəti kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, Türkiyə hələ sovet dönəmindən NATO üçün böyük rol oynayıb və həmişə də onun ən güclü üzvü hesab olunub.

”Ola bilər ki, Türkiyənin apardığı siyasət bu gün hansısa dairələrə xoş gəlməsin. Ola bilsin ki, burda hansısa rəsmilərin də mövqeyi var. Amma inanmıram ki, ABŞ başda olmaqla digər NATO üzvləri Türkiyəni blokdan uzaqlaşdıra bilsinlər. Çünki geosiyasi məkanda yaranan müxtəlif ziddiyyətlərə baxmayaraq Türkiyə ona düşən rolunu kifayət qədər yaxşı oynayır və lazım gələndə öz mövqeyini də ortaya qoyur. Hətta İŞİD-ə qarşı mübarizə aparmağa hazır olduğunu nümayiş etdirir. Sadəcə olaraq Türkiyə tərəfindən belə bir şərt irəl sürülür ki, Bəşər Əsəd rejiminə qarşı güclü təzyiq olmalıdır”. Politoloq dedi ki, əgər bu gün kiminsə Türkiyə ilə mövqeyi üst-üstə gəlmirsə, bu onun öz maraqlarından doğan məsələlərdir. “Amma inanmıram ki, digər ölkələr Türkiyəyə qarşı belə bir vahid mövqe sərgiləyib onu NATO-dan uzaqlaşdırsınlar.

Politoloq deyib ki, artıq Sovet İttifaqı yoxdur, Türkiyənin xarici siyasəti dəyişib və əsas prioriteti qonşularla münaqişələrin “sıfır” həddinə çatdırılmasıdır. Yəni Türkiyə islam dünyasında özünü aparıcı bir dövlət kimi nümayiş etdirir və hətta öz xəttinə əməl edir. Təbii ki, burda olan Şimali Kipr və kürd problemi Avropa, Qərb aləminin xoşuna gəlmir. Onların bu məsələlərə münsibəti fərqlidir. Ona görə də çox istərdilər ki, Türkiyə Avropa Birliyi tərəfindən diqtə edilən məsələlərlə razılaşsın və  onların bütün məsələlər üzrə mövqeyinə əməl etsin. Amma bu artıq belə olmamalıdır və olmayacaq.”.    

Politoloq Danimarkanın hansısa məhbusun azad olunmasına etiraz olaraq Türkiyənin NATO-dan çıxarılması ilə bağlı səsləndirdiyi iddiaları bəhanə adlandırdı. Onun sözlərinə görə, əslində həqiqət odur ki, vaxtilə həm «Əl-Qaidə»ni, həm İŞİD-i yaradanlar ABŞ və Qərb ölkələridir. 

“İndi isə İŞİD həmin ölkələrin maraq dairəsindən çıxıb öz mövqeyini nümayiş etdirir və vahid qüvvə kimi Yaxın Şərqdə digər ölkələrə hökmranlıq etmək istəyir. Bu da təbii olaraq ABŞ maraqlarına ziddir. Eyni zamanda Türkiyə İŞİD-ə qarşı mübarizə yollarını başqa cür görür. Mən əminəm ki, Türkiyə İŞİD-ə qarşı mübarizə aparmağa hazırdır və onun bununla bağlı öz yanaşması var”.

 

 

T.Qafarlı     

Tarix
14 Oktyabr 2014 [18:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin