Ana səhifə
17 Noyabr 2018

Hərəkat rəhbəri əməkli ordu generalı ilə görüşüb - FOTO

Yeni Nəfəs Hərəkatının başqanı Seymur Həsənli Türkiyənin Hak və Eşitlik Partiyasıın (HEPAR) genel başqanı, əməkli ordu generalı Osman Pamukoğlu ilə görüşüb. Generalın mənzil-qərargahında baş tutan görüşdə Türkiyə və Orta Doğuda baş verən son hadisələr müzakirə olunub. General bildirib ki, Türkiyədə və Türkiyə ətrafında baş verənlər onu siyasətlə məşğul olmağa vadar edib. O, Azərbaycan ictimaiyyətinin baş verənlərlə bağlı mövqeyinin nədən ibarət olduğu və daxili vəziyyətlə maraqlanıb. Seymur Həsənli bildirib ki, Azərbaycanla Türkiyəni qarşı-qarşıya gətirmək istəyən daxili və xarici qüvvələrin bütün niyyətləri boşa çıxıb. O, xüsusilə, vurğulayıb ki, önəmli olan Azərbaycanın və Türk Dünyasının milli marağının hansısa qüvvənin ayağının altına atılmamasıdır ki, bunu da kimsə edə bilməz. S.Həsənli həmçinin partiyanın başqan yardımçısı Bülend Kırmacı ilə də görüşərək regional məsələlər, Türkiyə-İran münasibətləri, Azərbaycanın İrana baxışı mövzusunda müzakirə aparıblar. S.Həsənli rəhbəri olduğu hərəkatın rəsmi orqanı olan “Yeni Nəfəs” dərgisini genel başqana təqdim edib.

 

 

Emin

Tarix
14 Oktyabr 2014 [18:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin