Ötən gün baş verən yol qəzalarında; 2 ölü, 1 yaralı

16:52 - 13 Noyabr 2020 - HADİSƏ

Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 12-də gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib , nəticədə 2 nəfər ölüb , 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb.

Namiq Musayev

Xəbər xətti