Xalq artistinin oğlu şəhid olub

12:26 - 13 Noyabr 2020 - Xəbər

Respublikanın Xalq artisti, prezident təqaüdçüsü, Akademik Milli Dram Teatrının aktyoru Əli Nurun oğlu şəhid olub.

Xalq artistinin oğlu, baş leytenant Rövşən Nurzadə Qarabağ uğrunda müharibədə Şuşanın işğaldan azad olunması zamanı düşmən gülləsinə tuş gəlib.

R.Nurzadə bu gün dəfn olunacaq.///trend

Xəbər xətti